Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XALQIMIZA QARŞI SOYQIRIM (1918-ci il mart qırğını)

0






  • Budur, Şamaxı yolunda Üçüncü paralel küçəsinin tinindəki evin darvazası qarşısında on-on beş nəfər azərbaycanlı dayanıb söhbət edir. Nə isə ciddi bir məsələni götür-qoy edirlər. Cavan bir oğlan da onlara yaxınlaşır və söhbətə qoşulur. Dünyagörmüş bir kişi başına toplaşmış adamlara qayğılı-qayğılı deyirdi:
    - Bu köpəkuşağı axır günlər, nəsə, yaman çoxalıblar. Bunların bir hissəsi Şaumyanın şəxsi göstərişi ilə silahlandırılan erməni hərbi dəstələridir. Qalanı isə müharibədən qayıdan zabit və əsgərlərdir. Onların da hamısı ermənidir. Özü də Şaumyanın xüsusi göstərişi ilə Bakıya gətiriliblər. Görünür, bu daşnak köpəkoğlunun nəsə alçaq bir niyyəti var.
    Başqa birisi isə acıqla dedi:
    - Nə qədər ki, şəhərdə Bakı Soveti hökumətlik edir, yaxşı heç nə gözləmək olmaz. Özü də başçısı hələ erməni Şaumyan ola. Bakı Sovetinin yaratdığı «Qırmızı qvardiya» ordusu da əslində erməni qvardiyasıdır. Hünərin var, onların içərisində bir azərbaycanlı tap. Bakı Sovetinin özü də ermənilərin əlindədir. Dünən Şaumyanın göstərişi ilə Bakı Soveti müsəlman əsgər və zabitlərini tərksilah edib. Müsəlmanların yaşadıqları məhəllələri gəzib, evlərdə olan tək-tük ov silahlarını da yığıblar. Hökumət bu işi bilə-bilə qəsdən eləyib ki, bundan narazı olan azərbaycanlılar ayağa qalxsınlar. Şaumyanın da əlinə fürsət düşsün ki, hücuma keçsin...
    Erməni dəstələri «Lənətə gəlmiş türklərin hamısını qırın, birini də sağ buraxmayın» deyə qışqıra-qışqıra şəhərin küçələrində qırğına başladılar. Evlərə, zirzəmilərə sığınmış müsəlmanları tapıb çıxarır, güllələyir, qılınc və ya nizə ilə öldürürdülər. Kişiləri ayaqlarından başıaşağı asır və qılıncla şaqqalayırdılar. Bəzilərini taxta çarpayıya sarıyır, digərlərini xalça və palazlara büküb yandırırdılar. Quduzlaşmış erməni cəlladları ürəklərini soyutmaq üçün əllərinə keçən hər kəsi diri-diri döşəməyə, qapıya, masaya mıxlayır, sonra da güllələyirdilər.
    Ermənilər müqəddəs kitabımız olan Quranı hər yerdən toplayıb tonqal düzəldir, mollaların əl-ayaqlarını bağlayaraq diri-diri bu tonqallara atırdılar.
    Bakıda azərbaycanlılara qarşı soyqırım aprelin 2-də gecə yarısı dayandırıldı.
    Bakıda 1918-ci il soyqırımının qurbanları-müqəddəs şəhidlərimiz indi «Ölülər bağı» və Şəhidlər xiyabanı adlanan yerdə dəfn olundular. Sonralar 20 Yanvar şəhidləri dəfn olunarkən bu müqəddəs and yerimizdə 1990-cı il şəhidləri ilə 1918-ci il şəhidlərinin ruhları bir-birinə qovuşdu. Xalqımız öz qatillərini yenidən tanıdı.
    1918-ci il mart qırğını xalqımıza qarşı soyqırım idi. Bunu unutmağa heç kəsin haqqı yoxdur!
    1919-cu ildə hökumətin qərarı ilə 31 Mart Milli matəm günü elan edilmişdi. Lakin sonralar bu günün qeyd olunmasını bizə unutdurdular.
    1998-ci il martm 26-da isə prezident H.Ə.Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə fərman verdi. Bu fərmanla 31 Mart azərbaycanlıların Soyqırım Günü elan edildi.

    Ulu babaların müqəddəs vəsiyyəti həmişə qulağımızda səslənməlidir: «Qarı düşmən, dost olmaz!»
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib65 dəfə
    XALQIMIZA QARŞI SOYQIRIM 1918 ci il mart qırğını

    Maraqlı gələ bilər
    44